skip to Main Content
Hirudoterapiya Haqqında Nə Bilmək Lazımdır?

Hirudoterapiya haqqında nə bilmək lazımdır?

Hirudoterapiya tibbi zəlilərin köməyi ilə icra olunan bir müalicə üsuludur. Bu metod bir çox xəstəlik üçün istifadə olunur. Hirudoterapiya, həmçinin aşağı ətrafların varikoz genişlənmiş damarları üçün istifadə olunur. Bu prosedura başlamaq üçün zəlilər xüsusi steril şəraitdə tibbi laboratoriyalarda yetişdirilir. Zəlilər insanın cildinə uyğun hesab olunur və prosedurdan 3 ay əvvəl qidalandırılmırlar.

Bu üsul necə icra olunur?

Zəlilər xüsusi maddə hirudin istehsal edir. Bir insanın cildinə yapışan zəlilər, hirudini qana buraxır. Hirudin qan laxtalanmasına kömək edən bir fermentdir. Yəni zəlilərin sayəsində damardakı kiçik trombların əmələ gəlməsinin qarşısı alınır və antikoaqülyant bir təsirə nail oluna bilinir. Prosedur xüsusi təlim keçmiş həkim vasitəsilə həyata keçirilir. Seans həkim otağında orta hesabla 20-30 dəqiqə müddətində çəkə bilər. Hirudoterapiyanın ardından yaralardan bir azcıq qan axa bilər. Bu baxımdan, zəlilərin qan çəkdiyi nahiyələrə steril bandlar qoyulur. Seanslar arasında hirudoterapiyaya fasilə edilməlidir. Fasilələrin 3 gündən az olmaması tövsiyyə edilir.

Hər bir pasiyent üçün ayrı-ayrılıqda zəlilər ilə həkim tərəfindən həyata keçirilməlidir. Aşağı ətrafların varikoz genişlənmiş damarlarının müalicəsi üçün zəlilərin müstəqil istifadəsi həkimlər tərəfindən tövsiyyə edilmir. Prosedur düzgün yerinə yetirilməzsə, fəsadlar inkişaf edə bilər. Məsələn, hirudoterapiya varikoz genişlənmiş damarlarda ciddi qanaxmaya səbəb ola bilər.

varikozun zelilerle mualicesi

Prosedurun icrası üçün əsas şərtlər nələrdir?

Hirudoterapiyanın əsas şərtlərindən biri zəlilərin düzgün yerləşdirilməsidır. Zəlilər aşağı ətrafların patoloji varikoz genişlənmiş damarları da daxil olmaqla, böyük damarların üstünə qoyulmur. Çox tez-tez şahmat taxtasının xanaları kimi varikoz genişlənmiş damarlarında qoyulur. Zəlilərin bu vəziyyəti qanın düzgün şəkildə yenidən yayılmasına kömək edə bilir. Zəlilər özü hirudoterapiya prosesinin başlamasından 30 dəqiqə müddətdən sonra düşürlər (doyduqları üçün). Yenidən istifadəsi yoluxucu xəstəliklərin ötürülməsinə gətirib çıxara bilir. Buna görə də bütün zəlilər yalnız bir dəfə istifadə olunmaqdadır.

Hirudoterapiya nə zaman əks göstərişdir?

Hirudoterapiya hamiləlik və laktasiya dövrü, həmçinin hər hansı bir lokalizasiyanın onkoloji prosesi və qan xəstəlikləri varsa, əks göstərişi ola bilər. Xəstəliyin xroniki və ya kəskin olduğu halında Hirudoterapiya seansının aparılması həkim tərəfindən tövsiyyə edilmir. Seanslardan sonra pasiyentlər əhəmiyyətli dərəcədə rahatlıq hiss edirlər. Bu, hirudinin anesteziya təsiri ilə bağlıdır. Hirudoterapiya, xəstəliyin əlamətlərini azaldır, lakin təbii ki bu üsul aşağı ətrafların varikoz genişlənmiş damarların xəstəliyini müalicə edə bilməz.

Back To Top