Aşağı ətrafların varikoz genişlənmiş damarları
Aşağı ətrafların varikoz genişlənmiş damarları nədir?
Aşağı ətrafların varikoz genişlənmiş damarları haqqında öyrənmək, onların necə inkişaf etdiyi barədə daha yaxşı məlumatlanmaq üçün aşağı ətraf damarlarının anatomiyasını dərindən bilmək lazımdır.
Aşağı ətrafların qan dövranı sistemi dərin və səthi damarlardan ibarətdir. Qan səthi damarlarla dəridən və dərialtı piydən, dərin damarlarda isə qalan toxumalardan axın edir. Aşağı ətrafların səthi və dərin damarlarını birləşdirmək üçün damarların arasında əlaqə vardır. Əgər damar divarının strukturu haqqında danışırıqsa, arterial damarlardan fərqli olaraq, vena damarlarının əzələ qatı çox zəif olur. Buna görə də, aşağı ətraflardan qanın ürəyə doğru axın etməsində tək damar divarının əzələ qatı kifayət olmur. Qanın ürəyə normal şəkildə axın etməsi üçün “damar-əzələ” nasosu və damarın qapaq aparatı fəaliyyət göstərir. “Damar-əzələ” pompasının iş prinsipi nasosun işləməsinə bənzəyir. “Damar-əzələ” pompasının əsas komponentləri aşağı ətrafların əzələlərindən ibarətdir. Əzələlərin fəaliyyəti səbəbi ilə qan damarlarının sıxıldığı və qanın yuxarı ürəyə doğru hərəkət etməsi baş verir. Qan axınının əksinə qayıtmaması üçün damarların klapanları da vardır. Onlar birtərəfli olaraq açılmaqdadırlar, yəni qan axınının geri çəkilməsinə (qanın geriyə qayıtmasına) imkan vermirlər.
Qan dövranı pozulduqda nələr baş verir?
“Damar-əzələ” nasosunun və qapaq aparatının iş prinsipi pozulduqda, qan yalnız normal vəziyyətdə yuxarı ürəyə doğru axın etməz, həm də aşağı ətraflara geri axını baş verə bilər. Bu baxımdan, damarların diametri genişlənir və dərinin səthində meydana gəlir. Bu vəziyyətdə pasiyent ağırlıq, yorğunluq və ayaqlarda şişkinlik hiss etməyə başlayır. “Damar-əzələ” pompası və damarların qapaq aparatının pozulması bir sıra səbəblərlə əlaqələndirilə bilər. Məsələn, damar divarının zəifliyinə genetik meyillilik daxildir. Genetik meyillik varikoz genişlənmiş damarların inkişafının təminatı olmasa da, lakin ciddi bir risk faktoru sayılır. Müəyyən şərtlərdə xəstəlikdə özünü göstərə bilir. Aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafına kömək edən müəyyən şərtlərə piylənmə, passiv həyat tərzi, hormonal fonda dəyişikliklər və s. daxildir.
Beləliklə, aşağı ətrafların varikoz genişlənmiş damarları qapaq çatışmazlığı ilə əlaqəli bir xəstəlik sayılır və aşağı ətrafların qan axınının pozulması ilə nəticələnə bilər. Varikoz damarlarının inkişaf riskini azaltmaq üçün, profilaktik tədbirləri həyata keçirmək lazımdır.