Miniflebektomiya – mənfi və müsbət cəhətləri
Miniflebektomiya aşağı ətrafların varikoz genişlənmiş damarlarını müalicə etmək üçün olan bir əməliyyat üsuludur. Hər hansı digər prosedur kimi Miniflebektomiya da müsbət və mənfi tərəflərə malikdir. Onları daha ətraflı nəzərdən keçirək.
- Kosmetik təsiri
Klassik Flebektomiya ilə patoloji genişlənmiş damarların çıxarılması zamanı aşağı ətraf nahiyələrində kəsiklər edilir və damar bundan sonra çıxarılır. Miniflektomiya isə kiçik dəliklər vasitəsilə həyata keçirilir. Yəni əməliyyatlardan sonra aşağı ətrafların dərisində bu prosedur demək olar ki, heç bir iz buraxmır. Bu hal müalicə metodunun mübahisəsiz üstünlüyü sayılır.
- Əməliyyatdan sonrakı dövr
Miniflebektomiya prosedurunu tətbiq edən bütün həkimlər və pasiyentlər Miniflebektomiyadan sonra reabilitasiya dövrünün çox rahat olduğunu düşünürlər. Prosedurdan dərhal sonra pasiyent müstəqil şəkildə evə gedə bilir və bir müddət sonra gündəlik fəaliyyətlərinə qayıdır.
Aşağı ətrafların varikoz genişlənmiş damarlarının əbədi problemindən xilas olmaq üçün Miniflebektomiyadan istifadə etmək olarmı?
Miniflebektomiya tez-tez aşağı ətrafların varikoz genişlənmiş damarları üçün cərrahi müalicələrdən birinə əlavə olaraq həyata keçirilir. Əsasən, Endovasal Lazer Ablasiyası və Miniflebektomiya birləşdirilir. Bu iki radikal müalicə üsulu qan dövranı sistemindən patoloji olaraq genişlənmiş damarları aradan qaldırmağa imkan verir. Lakin təəssüf ki, bu kimi tədbirlər belə varikoz genişlənmiş damarların daha çox inkişaf etməyəcəyinə yüzdə-yüz zəmanət verməyə qadir deyildir. Xəstəliyin inkişafından qaçmaq üçün həkimin tövsiyyələrini yerinə yetirmək və profilaktik tədbirləri həyata keçirmək vacibdir.
Miniflebektomiya ağrılı əməliyyatdırmı?
Xeyr, lokal anesteziya altında həyata keçirildiyi üçün “Miniflebektomiya” proseduru tamamilə ağrısız baş verir. Lokal anesteziya pasiyentin prosedur boyunca şüurlu qalmasına imkan verir. Bu tip anesteziya ümumi anesteziya ilə əlaqədar bir çox üstünlüklərə sahibdir. Məsələn, lokal anesteziya zamanı bir dərman istifadə olunur, bununla da allergik reaksiyaların və yan təsirlərin riski əhəmiyyətli dərəcədə azalmış olur.
Prosedur xəstəxanaya yerləşdirilmədən və tibbi arayış tələb olunmadan həyata keçirilir.
Bir çox insanlar iş yeri üçün tibbi arayış almaq istəmədikləri üçün aşağı ətrafların varikoz genişlənmiş damarlarının müalicəsini təxirə salırlar. Yaxşı ki, aşağı ətrafların varikoz genişlənmiş damarları Miniflebektomiya ilə müalicə edilə bilər və hətta qısa müddətlik belə pasiyentlər işləmək qabiliyyətlərini itirmirlər. Prosedurdan sonra növbəti gün pasiyentlər iş fəaliyyətinə dönə bilməkdədirlər.