skip to Main Content
Kişilərdə Varikoz Damarlar

Kişilərdə varikoz damarlar

Kişilərdə varikoz damarlar xəstəliyi hansı səbəbdən qadınlara nisbətən daha az rast gəlinir?

Kişilərdə varikoz damarlar, əslində, məhz elə qadınlarda olduğu kimi özünü göstərə bilir. Lakin hormonal dəyişmənin davamlı olması səbəbindən qadınlarda varikoz genişlənmiş damarlarının inkişaf riski daha yüksək olur. Bundan əlavə, hamiləlik və doğuş da aşağı ətraf varikoz genişlənmiş damarların inkişafında provokativ bir faktordur. Ümumi götürdükdə isə, kişilərdə varikoz genişlənmiş damarlar qadınlarda olduğu kimi eyni səbəblərlə inkişaf edir. Bu cür səbəblərə ən çox aid olan: irsi meyllilik, pis vərdişlər və passiv həyat tərzi aiddir.

kisilerde varikoz xesteliyi

Kişi və qadın arasında varikoz xəstəliyi zamanı fərqlər qeyd olunurmu?

Kişilərdə aşağı ətrafların varikoz genişlənmiş damarlarının simptomları qadınlarda olduğu kimi özünü göstərir. Ancaq burada psixoloji amil əhəmiyyətli bir rol oynayır. Bir çox kişi uzun müddət varikoz genişlənmiş damarların ilk əlamətlərini hiss etmir. Qadınlar isə kişilərə nisbətən ayaqlarda şişkinlik, yorğunluq və ağırlığın ilk əlamətləri ilə bağlı həkim məsləhətinə daha çox müraciət edirlər. Kişilər varikoz genişlənmiş damarlara diqqət edilmədiyi və daha ciddi fəasdaların yarana biləcəyi vəziyyətlərdə həkim-fleboloq ilə məsləhətləşməyə qərar verir. Son statistik məlumatlara görə, trofik yaralar (varikoz xəstəliyinin fəsadlarındna birir) kişilərdə daha çox müşahidə olunur. Bu baxımdan kişilərdə genişlənmiş damarların müalicəsi həkimlər tərəfindən tez-tez cərrahi müdaxilə ilə aradan qaldırılmağa çalışılır. Kişilərdə olan müalicə üsulları qadınlardan fərqlənmir. Bunlara Endovasal Lazer Ablasiyası, Radiofrekans Ablasiyası, Miniflebektomiya və bir çox başqa müasir müalicə üsulları daxildir.

Əməliyyatsonrası dövr üçün məsləhətlər

Qadınlar kimi əməliyyatdan sonra kişilər də sıxılma trikotajdan istifadə etməlidirlər. Əməliyyatdan sonrakı dövrdə bu vəziyyətə laqeyd yanaşmaq tövsiyyə edilmir. Kompressor trikotaj qan axınını yaxşılaşdırır və fəsadların yaranma riskini azaltmış olur. Önləyici tədbirlər, ilk növbədə, həyat tərzi dəyişikliklərini əhatə edir. Ayaqda və ya oturma mövqeyi olan kişilərdə aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişaf riski yüksək olur. Passiv həyat tərzini aktiv bir şəkildə dəyişmək damarları bərpa etməyə gətirib çıxarmayacaq. Lakin bu addım varikoz genişlənmiş damarların (tromboflebit, dərin damar trombozu və s.) ağırlaşmalarının qarşısının alınmasında ilk və çox vacib bir şərtdir.

Back To Top