Hamiləlikdə varikoz damarlar və ayaq damarlarının genişlənməsi
Hamiləlikdə varikoz damarlar özünü bəzi simptomlarla büruzə verə bilərlər. Ümumiyyətcə, hamiləlik dövründə hər bir qadın sağlamlığına və ana bətnindəki uşağının sağlamlığına xüsusi diqqət yetirir. Hamilə qadınlarda gözlənilən ən ümumi xəstəlik patoloji aşağı ətrafların varikoz genişlənmiş damarları hesab edilir. Nə üçün qadınlarda hamiləlik aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafı üçün təşviq faktoru hesab olunur?
Bunun bir neçə səbəbi var:
- Birincisi, hamilə qadınların bədənində hormonal dəyişikliklər baş verir. Bəzi hormonlar damar divarının vəziyyətinə mənfi təsir göstərə bilir. Yəni qan daxilində bəzi qadın hormonlarının yüksək konsentrasiyalarının təsiri altında, damar divarının incəlməsi mümkündür. Hormon fonunun dəyişilməsi varikoz genişlənmiş damarların inkişafının əsas səbəblərindən biri hesab olunur.
- İkincisi, hamiləlik dövründə qadınların bədənində qan dövranının həcmi arta bilir. Bu, vena damarlarında yükün artmasına gətirib çıxarır. Qapaq aparatının fəaliyyətinin pozulması nəticəsində aşağı ətraflardan qan axınının pozulması baş verir.
- Üçüncüsü, hamiləlik dövründə qadınların çəkisi orta hesabla 10-12 kq artır. Ağır çəki varikoz genişlənmiş damarların inkişafı üçün risk faktoru sayılır, çünki insanlarda damar sisteminin üzərinə düşən yükün miqdarı artır.
Hamiləlikdə varikoz damarlar üçün hansı profilaktik tədbirlər vardır?
Hamiləlik dövründə qadınların varikoz genişlənmiş damarlarına meyilli bir səbəbi – aşağı fəaliyyətli bir həyat tərzidir. Ümumiyyətlə, ağır fiziki fəaliyyət hamiləliyin gedişində mənfi təsir göstərə bilər. Lakin bu, hamilə qadınlara qarşı hər hansı fiziki fəaliyyətin qadağan edilməsini nəzərdə tutmur. Əksinə, açıq havada gəzmək həm gələcək ananın sağlamlığına, həm də ana bətnindəki uşağın sağlamlığına faydalı təsir göstərə bilər. Bundan əlavə, aktiv həyat tərzinin keçirilməsi hamilə qadınlarda aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişaf riskini bir neçə dəfə azaldır.
Yuxarıda göstərilən varikoz genişlənmiş damarların risk faktorlarından xilas olmaq mümkün olsa da, təəssüf ki, bəzi risk faktorları var ki, qeyd olunan profilaktikalar bu zaman kömək edə bilmir. Bu səbəblərdən biri – irsi meyillikdir. Damar divarının zəifliyi zamanı irsi meyllilik nəsildən-nəslə keçirilir.
Beləliklə, hamiləlikdə aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişaf riski yüksək olduğundan, hamilə qadınlar ayaqların sağlamlığına xüsusi diqqət yetirməlidirlər. Xəstəliyin ilk əlamətlərinin görünüşü (bu ulduzcuqlar ola bilər) olduqda, ən qısa müddətdə həkim-fleboloqa müraciət etmək məsləhətdir.