
Aşağı ətrafların varikoz damarlarında müalicə metodunu necə seçmək olar?
Varikoz damarların müalicə metodu müasir dövrdə çox saylıdır və artıq daha da effektiv müalicə olunur. Varikoz genişlənmiş damarların müalicəsi üçün bir çox üsullar vardır. Bunlara açıq klassik Flebektomiya, Endovasal Lazer Ablasiyası, ClariVein metodikası, Skleroterapiya və s. daxildir. Hər bir xüsusi halda müalicə üçün hansı üsul lazım gələrsə, məsləhətləşmə sonrası həkim-fleboloq tərəfindən məhz həmin üsul müəyyən edilir.
Varikoz damarların müalicə metodu genişlənmiş damarların səviyyəsindən asılı olaraq təyin edilir.
Əslində bir çox insanın əməliyyatlardan qorxması səbəbindən onların həkimə müraciəti gecikmiş ərəfəyə düşür. Ancaq bu böyük bir səhv sayılır. Əksər insanlar ilk öncə kömək üçün müraciət etdikdə onlara daha çox qeyri-cərrahi müalicə üsulları təyin etmək mümkün olur. Məsələn, xəstəlik yalnız “damar ulduzcuqlar”ı görünüşü ilə inkişaf etmiş və bu mərhələdə ortaya çıxarsa, o zaman müalicə yalnız Skleroterapiya ilə məhdudlaşacaqdır. Ayrıca, varikoz genişlənmiş damarların inkişafında böyük bir rolu da resept olmadan istifadə olunan dərman və məlhəmlərdir. Belə hallar müalicənin saxta təəssüratını yaradır.
Düzgün müalicə aparılmazsa, nələr baş verə bilər?
Əslində, düzgün seçilmiş müalicə olmadan aşağı ətrafların varikoz genişlənmiş damarları zamanla daha da inkişaf edir. Nəticədə, xəstəliyə qarşı belə bir münasibət aşağı ətraflarda ağrı və ağırlıq kimi şikayətlərin böyük ölçüdə artırmasına gətirib çıxarmış olur. Aşağı ətraflarda görünə bilən böyük damar torları əmələ gəlir. Əgər simptomlara diqqət etməməkdə davam edilərsə və həkim-fleboloqa məsləhətləşmək üçün müraciət olunmazsa, bir müddət sonra şişkinlik də yuxarıdakı şikayətlərə əlavə olunur. Bəzi hallarda aşağı ətrafların şişməsi elə bir həddə çatır ki, insan həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirmiş olur. Belə hallarda çox güman ki, əməliyyat tələb olunacaqdır.
Aşağı ətrafların varikoz genişlənmiş damarlarının cərrahi müalicəsindən qorxmaq lazımdırmı?
Həkim-fleboloqların təcrübəsinə əsasən, minimal invaziv metodların geniş yayılması səbəbindən əməliyyatdan sonra ağırlaşmalar çox nadir hallarda olur. Minimal invaziv prosedurların (Endovasal Lazer Ablasiyası, ClariVein metodikası, Radiofrekans Ablasiyası, Miniflebektomiya və s.) böyük bir prioriteti çox qısa reabilitasiya dövrü tələb edir (adətən 1-2 gündən çox deyil).