
Exoskleroterapiya üsulu nədir və necə icra olunur?
Aşağı ətraf varikoz genişlənmiş damarların xəstəliyinin müalicəsi hər il getdikcə yaxşılaşır, metodlar inkişaf etdirilir və flebologiya elm olaraq genişlənir. Varikoz genişlənmiş damar xəstəliyinin ən məşhur üsullarından biri “Exoskleroterapiya” sayılır. Bu metodika ultrasəs nəzarəti altında damar boşluğuna xüsusi bir dərmanın tətbiqinə əsaslanır. Exoskleroterapiya proseduru üçün istifadə edilən dərmana “sklerozant” deyilir. Sklerozant yapışqan prinsipi üzərində işləyir, yəni damara daxil olduqda, damarların divarları yapışdırılır. Skleroterapiyanın standart üsulundan fərqli olaraq, bu zaman dərman ultrasəs nəzarəti altında damara yeridilir. Skleroterapiya proseduru kapilyarların, səthi və kiçik damarların aradan qaldırılmasına yönəlmişdir. Exoskleroterapiya üsulunda isə ultrasəsdən istifadə etməklə, daha dərin yerləşmiş damarlar üzərində işləmək mümkün olur. Yəni, yalnız “tor damarları” və dəri səthində kiçik kapilyarlar deyil, eyni zamanda daha böyük damarlar da müalicə ilə aradan qaldırılmış ola bilir. Beləliklə, həkim-flebloqların müayinə üsullarında Exoskleroterapiyanın tətbiqi minimal invaziv proseduralar üçün göstəriciləri artırmışdır.
Exoskleroterapiya üsulunun əks təsirləri varmı?
Bu prosedur az miqdarda əks təsirlərə malik ola bilər. Bunlara hamiləlik, laktasiya müddəti, infeksiya və qeyri-infeksiya iltihabları, habelə dərman komponentlərinin dözümsüzlüyü daxildir. Müsbət tərəflərindən ən yaxşısı odur ki, Exoskleroterapiya prosedurunda istifadə olunan sklerozantlar, çox nadir hallarda allergik reaksiyalara səbəb ola bilər. Prosedur yerinə yetirdikdən sonra pasiyentə müəyyən tövsiyyələri yerinə yetirmək məsləhət görülür. Prosedurun ən əlverişli olması üçün indi sadalayacağımız tövsiyyələrə riayət etmək lazımdır. Bu tövsiyyələrə kompressiya trikotajlarının istifadəsi, pis vərdişlərin tərgidilməsi, həmçinin, solaryum və günəş vannaları qəbul etməkdən müvəqqəti imtina etmək daxildir. Corabların kompressiya dərəcəsi fleboloq tərəfindən təyin edilir. Bu tədbir Exoskleroterapiyanın nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Hər bir pasiyent sıxılma formasını istifadə etmək üçün hansı müddətin lazım olduğunu bilmək üçün həkim-fleboloqa müraciət etməlidir.
Exoskleroterapiya ağrılı prosedurdumu?
Exoskleroterapiya proseduru ilə varikoz genişlənmiş damarların müalicəsinin ən vacib məqamlarından biri ağrının olmamasıdır. Yəni, Exoskleroterapiya proseduru zamanı həm lokal, həm də ümumi anesteziyadan istifadə etməyə ehtiyac yoxdur. Prosedur zamanı sadəcə iynə damarın içərisinə qoyulduğunda pasiyent kiçik narahatlıq hiss edə bilir. Aşağı ətrafların varikoz genişlənmiş damarlarının müalicəsini seçərkən, fleboloq, həmçinin bəzi üsulları birləşdirməyi təklif edə bilər. Məsələn, Exoskleroterapiya proseduru Endovasal Lazer Ablasiyası və Miniflebektomiya kimi prosedurlarla birləşdirilə bilər.