skip to Main Content
30 Illik Təcrübəyə Sahib Dr. Ceyhun Hüseynov – Bakıda Varikoz Müalicəsində Etibar Edilən Mütəxəssis

30 illik təcrübəyə sahib Dr. Ceyhun Hüseynov – Bakıda varikoz müalicəsində etibar edilən mütəxəssis

Varikoz – təkcə estetik bir narahatlıq deyil, eyni zamanda ciddi sağlamlıq problemidir. Xüsusilə ayaqlarda müşahidə olunan damar genişlənməsi, gündəlik həyatda yorğunluq, ağırlıq, şişkinlik və ağrı ilə özünü büruzə verir. Ən təəssüf doğuran məqam isə odur ki, bir çox insan bu əlamətləri sadəcə yorğunluq kimi qəbul edir və vaxtında mütəxəssisə müraciət etmir.

Halbuki, damar xəstəlikləri vaxtında aşkarlanarsa, sadə, ağrısız və minimal invaziv üsullarla tam şəkildə müalicə oluna bilər. Azərbaycanda bu sahədə geniş təcrübəyə sahib, minlərlə pasiyentin etibarını qazanmış həkimlərdən biri də Dr. Ceyhun Hüseynovdur. O, artıq 30 ildən çoxdur ki, damar cərrahiyyəsi sahəsində fəaliyyət göstərərək, pasiyentlərinə sağlamlıq və rahatlıq bəxş edir.


Dr. Ceyhun Hüseynovun peşəkar inkişaf yolu və elmi fəaliyyəti

Dr. Hüseynov 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən dərhal sonra cərrah kimi fəaliyyətə başlamış, ilk praktik təcrübəsini 5 saylı şəhər xəstəxanasında internatura keçməklə qazanmışdır. 1995–1998-ci illərdə həmin tibb müəssisəsində cərrah kimi çalışaraq klinik təcrübəsini möhkəmləndirmişdir.

1998-ci ildə Gürcüstanda professor Kuzanov İ.İ. yanında estetik və plastik mikrocərrahiyyə üzrə ixtisaslaşmış, daha sonra isə 2002-ci ildə Rusiya Elmi Cərrahiyyə Mərkəzində doppler üsulu ilə damar müayinəsi sahəsində elmi biliklərini təkmilləşdirmişdir.

Bundan başqa, 1998–2005-ci illər arasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun damar cərrahiyyəsi kafedrasında assistent vəzifəsində çalışaraq, tibbi biliklərini həm klinikada, həm də tədrisdə tətbiq etmişdir. 2008-ci ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, həmçinin bir çox elmi məqalələrin müəllifi olmuşdur.


Fərdi yanaşma və innovativ texnologiyalarla müasir müalicə

Hazırda Dr. Ceyhun Hüseynov Bakı Flebologiya Mərkəzində damar problemlərinin diaqnostika və müalicəsi ilə məşğuldur. Bu mərkəz Azərbaycanda damar patologiyalarının müalicəsində aparıcı tibb müəssisələrindən biridir. Burada xəstələrə fərdi yanaşma və ən müasir texnologiyalar təqdim olunur.

Müalicə prosesinə pasiyentin vəziyyətinin rəngli doppler müayinəsi ilə qiymətləndirilməsi ilə başlanılır. Daha sonra pasiyentin həyat tərzinə və damar xəstəliyinin səviyyəsinə uyğun fərdi müalicə planı hazırlanır.


Dr. Ceyhun Hüseynovun tətbiq etdiyi əsas prosedurlar

  • Skleroterapiya – damar daxilinə xüsusi dərman maddəsi yeridilərək xəstə damar qapanır;
  • Kriolazer və Krioskleroterapiya – soyudulmuş sklerozant və lazer enerjisinin birgə tətbiqi;
  • Endovenoz lazer ablyasiyası – lazer şüası ilə damarın içəridən bağlanması metodu;
  • “Infinite Fiber” cihazı ilə lazer müalicəsi – 1940 nm dalğa uzunluğu ilə ən yeni nəsil lazer texnologiyası.

Bu prosedurlar ağrısız, tikişsiz və əməliyyatsız şəkildə həyata keçirilir. Onlar qısa reabilitasiya dövrü ilə fərqlənir və pasiyentlərə tez bir zamanda gündəlik fəaliyyətlərinə qayıtmaq imkanı verir.


Damar sağlamlığı üçün etibarlı ünvana müraciət edin

Bakı Flebologiya Mərkəzi daim yenilənən texnoloji baza, peşəkar həkim kollektivi və yüksək pasiyent məmnuniyyəti ilə seçilir. Burada yalnız varikoz deyil, eyni zamanda kapilyar damar partlaması, tromboflebit, xroniki venoz çatışmazlıqtromboz kimi ciddi damar patologiyaları da uğurla müalicə olunur.

Dr. Ceyhun Hüseynov, özünün 30 illik təcrübəsinə əsaslanaraq, hər bir pasiyentə fərdi yanaşır, onların damar sağlamlığını bərpa etməklə yanaşı, həyat keyfiyyətini də yüksəltməyə çalışır. Minlərlə pasiyentin etimadını qazanan Dr. Hüseynov, Bakıda damar mütəxəssisi axtaranlar üçün ideal seçimdir.


???? Rəsmi sayt: bakiflebologiyamerkezi.az
???? Əlaqə nömrəsi: 055 228 94 90

Back To Top